Böyük Britaniyanın baş naziri Keir Starmerin Londondakı evinə molotov kokteyli atılıb.
"Bizimxeber" “The Telegraph”a istinadən bildirir ki, 21 yaşlı gənc Britaniyanın baş naziri Key Starmerin hazırda kirayədə olan evinə “Molotov kokteyli” atıb.
Hadisə mayın 12-də Londonda baş verib.
Xoşbəxtlikdən insan tələfatı olmayıb və yalnız qəsəbənin girişinə ziyan dəyib.
Cinayətkar polis tərəfindən saxlanılıb. Bu hadisə son bir həftə ərzində üçüncü belə hadisədir. Bundan əvvəl, mayın 8-də həmin evin yaxınlığında avtomobil yandırılmış, İssinqtonda bir vaxtlar Starmerə məxsus olan başqa evdə də yanğın baş vermişdi.