"Bananı meymun kimi yeməyin" - Hansonun yeni üsulu

Banan yemək mədəniyyəti dəyişir. Britaniyalı etiket üzrə dünya şöhrətli mütəxəssis William Hanson, sadə bir meyvə olan bananı yeyərkən istifadə edilən "barmaq" qaydasını bir kənara qoyaraq, özünün xüsusi bıçaq və çəngəl texnikasını təqdim edib.

Instagram-da 40.000-dən çox istifadəçi çaşqınlıq içindədir.

"Bizimxeber" bildirir ki, ənənəvi olaraq barmaqla soyulub yeyilən banan, Hansonun təqdim etdiyi üsula görə daha ciddi bir yanaşma tələb edir. O, bananın hər iki ucunun kəsilməsini, dərisinin ortadan yarılaraq açılmasını və hər dişləmənin çəngəllə yeyilməsini tövsiyə edir. “Meymun kimi yeməyin,” – deyə Hanson istehza ilə bildirib.

Bu qayda sadəcə Hansonun şəxsi zövqü deyil, Kraliça II Yelizavetanın da bənzər üsulla banan yediyi bildirilir. Saray protokoluna əsasən, mərhum Kraliça heç vaxt bananı əli ilə soymazdı, onu çəngəl və bıçaqla dilimləyərdi.