Dünən Surqut-Bakı təyyarəsində halı pisləşən sərnişin vəfat edib.
Rusiya vətəndaşı 1969-cu il təvəllüdlü Esmira Məlik qızı Rəhmanova Surqut-Bakı reysini həyata keçirən təyyarə ilə Azərbaycan paytaxtına eniş edərkən ölüb.
Onun infarkt səbəbindən dünyasını dəyişdiyi bildirilib. Qeyd edilib ki, mərhum onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.