Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
"Bizimxeber" xəbər verir ki, ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.
M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.
Sözügedən görüntüləri təqdim edirik: