Cəlilabadda bədbəxt hadisə baş verib. Hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb. Belə ki, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.
O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra uşaq Bakıya, Yanıq Mərkəzinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.