Azərbaycan iqtisadiyyatına bu yolla böyük ziyan vurulur - Miqyası getdikcə böyüyür

Dövlət Gömrük Komitəsində illərdir davam edən qanunsuz şirkətlər məsələsi artıq ölkə iqtisadiyyatı və sahibkarlar üçün ciddi təhlükəyə çevirilib. Hətta bu gün bir çox qanuni fəaliyyət göstərən şirkətlər, qanunsuz şirkətlərin səbəb olduğu problemlər üzündən fəaliyyətini dayandırımaq məcburiyyətində qalıb. Həmçinin, həmin şirkətlərin sayı artdıqca, onların digər sahibkarlara vurduğu ziyanın miqyası da böyüyür. 

Çoxsaylı qanuni sahibkarların yaşadığı bu çətinliklər, daha çox bu qanunsuz şirkətlərin dəstəklənməsi nəticəsində yaranır. Məlumata görə, bu şirkətlərə gömrükdəki yüksək çinli məmurlar tərəfindən dəstək verilir. Bu şirkətlər isə işçi saxlamadan, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş etmədən, gəlir vergisi ödəmədən yaınız qazanır, həmçinin ƏDV fırıldaqları ilə məşğul olurlar. 

Şahin Bağırov rəisləri işdən azad etdi - Oxu.az

ƏDV maxinasiyaları bir neçə formada həyata keçirilir. Sözügedən qanunsuz şirkətlər və ya şəxslər, ƏDV-nin qısamüddətli dövriyyəsini təşkil edirlər. Yəni, gətirilən məhsulu tez bir zamanda başqa bir şirkətə sataraq, vergi orqanlarını çaşdırırlar. Bu maxinasiyanın məqsədi, yüksək dövriyyə ilə daha çox vergi geri alaraq gəlir əldə etməkdir. Və yaxud, bu şirkətlər qeyri-adi və ya qeyri-real ticarət əməliyyatları həyata keçirir və fiktiv (yəni, mövcud olmayan) satışlar üzrə ƏDV qazanırlar.

Bu cür əməliyyatlarda, şirkətlər reallaşdırmadıqları ticarət əməliyyatlarını sənədləşdirirlər və satıcılar təxmini qiymətlərlə ƏDV hesablayır. Əslində, mal və ya xidmətlərin mövcudluğu şübhə doğurur, amma bu fiktiv əməliyyatlar vasitəsilə vergi borcu artırılır. Ümumiyyətlə, bu faktlar ciddi narahatlıq yaradır və aidiyyəti qurumlar bu məsələyə müdaxilə etməlidir. Bu məlumatlar sadəcə bizdə olanlardır. Bəlkə də, başqa bilinməyən əməliyyatlar da var.

Qanuni şəkildə fəaliyyət göstərən, işçi saxlayan, DSMF və vergi ödəyən şirkətlər, bu qanunsuz fəaliyyətlər üzündən böyük problemlərlə üzləşirlər. Qanunsuz şirkətlərin bazara çıxardığı məhsullar isə daha ucuz olur, çünki onlar vergi və sosial ödənişlərdən "azaddır"lar. Necə deyərlər, "aydan arı, sudan da duru". Hərtərəfli qazancları ciblərində qalır, ƏDV maxinasiyaları da öz yerində. Büdcədən oğurlayıb, milyon sahibi olurlar. 

Nəticədə, qanuni şirkətlərin bazar payı azalır və uzunmüddətli fəaliyyəti təhlükə altına düşür. Beləliklə, dövlətə heç bir xeyri olmayan bu qanunsuz şirkətlər, yalnız özlərinə və onları dəstəkləyənlərə fayda gətirir, lakin nəticə etibarilə, iqtisadiyyatda ciddi balanssızlıq yaradırlar.

Ən düşündürücü məsələ isə, bu qanunsuz fəaliyyətlərə qarşı mübarizə aparmalı olan rəsmi qurumların və müvafiq idarələrin passivliyi və ya qeyri-ciddi yanaşmalarıdır.

Məsələn, İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbəri Azər Məmmədov, bu məsələ ilə bağlı heç bir tədbir görmür. Bu idarə nəzarət etmək vəzifəsini yerinə yetirimir, Dövlət büdcəsinə dəymiş ziyanı görmür. Və ya başqa bir sual - Niyə yerinə yetrmir, niyə nəzarət etmir? 

Eyni zamanda, "Gömrükdə islahatlar həyata keçiririk" deyən Şahin Bağırov bu məsələdən hələ də xəbərdardırmı? Və əgər xəbərdardırsa nə zaman xəbər tutacaq? Xəbəri varsa, nə üçün bu qanunsuz fəaliyyətlərə qarşı heç bir ciddi tədbir görümür? İllərdir sahibkarlar bu sualları bu şəxslərə ünvanlasalar da, ciddi nəticələrə səbəb ola biləcək cavablar ala bilmirlər. Görünür, bəlkə də daha qlobal səbəblər var, ya da...

Beləliklə, qanunsuz şirkətlərin artması və onların digər qanuni sahibkarlara ziyan vurması nəticəsində, dövlət büdcəsinə dəymiş ziyanın miqyası getdikcə böyüyür. Yüzlərlə işçisi olan, vergi ödəyən, büdcənin formalaşmasında iştirak edən sahibkarlar bu qanunsuz rəqabət qarşısında məhv olurlar. Həmçinin, onlar iş yerlərini bağlamağa, fəaliyyətlərini dayandırmağa məcbur olurlar ki, bu da ölkə iqtisadiyyatına və sosial rifahına ciddi ziyan vurur.

Ümumiytələ, bu hallar kompleks ziyan vuran və ciddi fəsadlar yarada bilərn amillər sayılmalıdır. Yalnız özləri üçün qazanmaqla dövlətə ziyan vurmaq, dövləti qazandıran sahibkarları sıradan çıxartmaq, yüzlərlə ailəni işsiz, çörəksiz qoymaq, bazarda qiymətləri öz nəzarətlərində saxlamaq və azad rəqabəti pozmaq. Sonuncudan başlasaq azad rəqabətə vurulan zərbə daha böyük itkilərə səbəb olmaq deməkdir.

Ölkə prezidenti dəfələrlə, azad rəqabət mühitini yaradılmasının vacibliyini deyərkən, bu şirkətlərin əli ilə rəqabəti darmadağın etmək kimlərinsə işinə yarayır. Dövlət büdcəsindən milyonları yayındırmaq, qazanmaq kimlərinsə peşəsinə çevirilib. Bunları da aidiyyatı qurumlar araşdırmalıdır, onlar dövlətə vurulan ziyanı müəyyənləşdirməlidir və hər kəs qanunlara tabe edilməlidir.

Ötən il idxal və ixrac olunan məhsullar açıqlanıb

Beləcə, qanunsuz şirkətlərin fəaliyyətinə qarşı ciddi tədbirlər görülməsə, yalnız sahibkarlar deyil, bütün cəmiyyət ciddi fəsadlarla üzləşəcək. Dövlətin bu vəziyyəti nəzərə alaraq, dərhal və təsirli islahatlar həyata keçirməsi, qanunsuz fəaliyyətlərlə mübarizə aparması vacibdir.

Yalnız bu halda, ölkə iqtisadiyyatı sağlam şəkildə inkişaf edə bilər, iş yerləri qorunub saxlanılar və dövlət büdcəsinə düzgün şəkildə vergi ödənilər. Əks təqdirdə, bazarda rəqabətsiz vəziyyət yaranacaq, yüzlərlə insan işsiz qalacaq, büdcə daxilolmaları azalacaq, dövləti qazandıracaq sahibkarlar ordusu məhv olacaq.

Qeyd edək ki, yaxın günlərdə yaranmış vəziyyətdən əziyyət çəkən sahibkarların videomüraciətlər etməsi, baş verənlərə aydınlıq gətirmələri  gözlənilir.