Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Azər Badamov Rusiya Federasiyasına girişinə icazə verilmədiyi üçün Moskvada saxlanılaraq geri deportasiya edilib.
Hadisə Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətində keçiriləcək tədbirdə iştirak məqsədilə Moskvaya səfəri zamanı baş verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) verdiyi məlumata görə, Badamov nümayəndə heyətinin tərkibində, Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməli imi.. Lakin Moskva hava limanında ona ölkəyə girişin qadağan edildiyi bildirilib və o, Həştərxana gedəcək təyyarəyə buraxılmayıb.
Azərbaycan XİN-in bəyanatında bildirilir:"Bu, həqiqətən də bu gün baş verib. Rusiya tərəfi heç bir xəbərdarlıq və ya məlumat vermədən nümayəndə heyətinin tərkibində olan deputat Azər Badamovu saxlayıb və ölkəyə girişinə qadağa qoyub. O, hava limanında bir müddət saxlanıldıqdan sonra Azərbaycana qaytarılıb."
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın bu addımını "qeyri-dost davranış" kimi qiymətləndirib və rəsmi Moskvanın məsələyə aydınlıq gətirməsini tələb edib. Azərbaycan diplomatları məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıblar. Rusiya tərəfi məsələni araşdıracaqlarını bildirib, lakin hələlik heç bir səbəb açıqlanmayıb.
Qeyd edək ki, Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Aqrar siyasət komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyasının və Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
"kavkaz-uzel" bildirir ki, hadisə, Bakı-Qroznı reysinin Qazaxıstanda qəzaya uğramasından (2024-cü il dekabrın 25-də) və bu qəzanın iki ölkə arasında münasibətləri gərginləşdirdiyinə dair analitik fikirlərdən sonra baş verməsi ilə diqqət çəkir.
Hazırda Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ictimaiyyətə heç bir açıqlama verməyib.