Vyanada və Avstriyanın bir sıra digər şəhərlərində ifrat sağçı Avstriya Azadlıq Partiyasının kansler-nümayəndəsinin rəhbərlik etdiyi hökumətin qurulmasına qarşı minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib.
Bizimxeber.az bildirir ki, bu barədə Kurier xəbər verib.
Vyanada saat 17:00 radələrində etirazçılar Balhausplatz meydanına toplaşmağa başlayıblar. Onların arasında gəncləri, uşaqlı ailələri, qocaları görmək olar. Polis yaxınlıqda keşik çəkərək meydanı dronlardan izləyib.
Vyanada iştirakçıların ümumi sayı on minlərlə qiymətləndirilir.
Bildiyiniz kimi, Avstriya prezidenti Aleksandr van der Bellen kansler Karl Neqammerin başçılıq etdiyi ifrat sağçı olmayan hökumət qurmaq cəhdindən sonra Azadlıq Partiyasının lideri Herbert Kikl-ə qurumun formalaşması ilə bağlı danışıqlara başlamağı tapşırıb. Danışıqlar uğurlu olarsa, Avstriya tarixdə ilk dəfə ifrat sağçı kansler əldə edəcək.
Avstriya Xalq Partiyasının lideri Kristian Stoker bildirib ki, ifrat sağçı Azadlıq Partiyası ilə koalisiya danışıqları zamanı o, Avstriyanı Rusiyanın müdaxiləsindən azad saxlamaq istədiklərinə dair təminat istəyəcək.