/BX LiveBLOG/
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın nizamlanması məsələsində Rusiyaya hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.
"Bizimxeber" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri rusiyalı həmkarı Vladimir Putinlə söhbəti zamanı danışıb.
Prezidentlər martın 28-də telefonla danışıblar.
Ərdoğan administrasiyası qeyd edib ki, tərəflər Rusiya ilə Türkiyə arasında münasibətləri, həmçinin Ukraynada nizamlanmanı müzakirə ediblər. Ərdoğan münaqişənin həlli üçün danışıqların təşkilinə kömək etməyə hazır olduğunu təsdiqləyib. /Bizimxeber LiveBLOG/