Avropanın axtardığı Dodik Moskvada imiş...

Bosniya və Herseqovina (RSBH) dövlətinin tərkibinə daxil olan Srpska Respublikasının prezidenti Milorad Dodik Moskvaya gəlib.

"Bizimxeber" bildirir ki, bu barədə o özü sosial şəbəkədə məlumat yayıb. 

Dodik yazıb ki, onun hər səfəri İkinci Dünya Müharibəsində həlak olan 28 milyon rusun xatirəsini yad etmək üçün Naməlum Əsgərin məzarını ziyarət etməklə başlayır. O əlavə edib ki, mayın 9-da Rusiyada olacaq. O, Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Rusiya lideri Vladimir Putin tərəfindən dəvət olunub.

Fevralın 26-da Bosniya və Herseqovina Məhkəməsi Dodiki ölkənin beynəlxalq ictimaiyyətin yüksək nümayəndəsi Kristian Şmidtin qərarlarına məhəl qoymadığına görə bir il həbs və altı il siyasi qadağaya məhkum edib. Söhbət birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilə bilən qərarından gedir.

Martın 12-də Bosniya və Herseqovina Prokurorluğu təhlükəsizlik orqanlarından Dodik, Serb Respublikasının baş naziri Radovan Viskoviç və qurum parlamentinin spikeri Nenad Stevandiçi həbs etmək üçün kömək istəyib. Srpska Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri Sinişa Karan onların saxlanılma ehtimalını istisna edib. Martın 27-də İnterpolun Sarayevo ofisi Dodik və Stevandiç üçün beynəlxalq axtarışa verilib.