/BX LiveBLOG/
Türkiyədə həbs edilən İstanbul Bələdiyyəsinin başçısı, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan ötən gecə “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” və “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasının qarşısının alınması haqqında qanun” maddələri ilə saxlanılıb.
Polis hərəkətə keçərək Pehlivanı evində saxlayıb. Sağlamlıq idarəsindən keçirilmək üçün Bayrampaşa Dövlət Xəstəxanasına gətirilən Pehlivan, edilən əməliyyatların ardından İl Təhlükəsizlik Müdirliyinə aparılıb.
Vəkili Mehmet Pehlivan saxlanıldıqdan sonra Əkrəm İmamoğlunun sosial media hesabında paylaşım edilib. İmamoğlunun hesabında bu ifadə yer alır: "Bir ovuc səriştəsiz insanın ölkəmizə vurduğu bəla getdikcə artır. Vəkilimi dərhal azad edin". /Bizimxeber LiveBLOG/