Almaniyanın “Spiegel” jurnalının məlumatına görə, Avropa Parlamentinin beş üzvü Moskvaya səfər ediblər. Məqsəd Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 80-ci ildönümünü qeyd etməkdir. Onların arasında Almaniyanın Səhra Vaqenknechtin rəhbərlik etdiyi "Ağıl və Ədalət İttifaqı"ndan (SWJ) iki deputat da var.
Səfər iştirakçıları arasında Almaniyadan Rut Firmenich və Michael von der Schulenburq, eləcə də Çexiya, Slovakiya və Kiprdən olan parlamentarilər yer alır.
Firmenich və Schulenburq Moskvada Dövlət Dumasının üzvləri, Rusiya siyasətçiləri və mədəniyyət nümayəndələri ilə bir sıra görüşlər keçirəcəklər. Onlar bildiriblər ki, bu təşəbbüs “Avropada daim artan qarşıdurma və gərginliyin azaldılması” istiqamətində atılan bir addımdır. Bu bəyanat Qərb ölkələrinin bir çoxunda birmənalı qarşılanmasa da, SWJ lideri Sahra Vaqenknext səfəri müdafiə edib.
Onun sözlərinə görə, Rut Firmenich Moskvada yalnız Naməlum Əsgərin məzarı önünə əklil qoyacaq və hərbi parad və ya digər rəsmi tədbirlərdə iştirak etməyəcək:
“Mən bu səfərdə nəyin tənqid oluna biləcəyini anlamıram”, – deyə Vaqenknext "Spiegel"ə açıqlamasında bildirib. Alman deputatların növbəti dayanacağı isə Ukraynanın paytaxtı Kiyev olacaq. Onlar artıq səfərin təşkili ilə bağlı Ukrayna səfirliyi ilə əlaqə saxlayıblar.