Avropa İttifaqının öz planları var - Trampa sürpriz...

Avropa İttifaqı ABŞ-ın gələcək tariflərindən ən çox təsirlənə biləcək iqtisadiyyatın sektorlarını dəstəkləmək üçün nəzərdə tutulmuş təcili tədbirlər paketi hazırlayır. 

"Bloomberg" mənbələrinin məlumatına görə, Avropa Komissiyası tariflərdən təsirlənəcək iqtisadiyyatın müəyyən sektorları üçün qısamüddətli iqtisadi dəstək təklifləri üzərində işləyir.  Nəşr qeyd edir ki, onlar islahatlar və əsas sektorlarda rəqabət qabiliyyətinin yüksəldilməsi, həmçinin Avropa İttifaqının vahid bazarının fəaliyyətinin təkmilləşdirilməsi ilə müşayiət olunacaq. 

Paralel olaraq, Aİ tariflərin qüvvəyə minməsindən sonra ABŞ-la danışıqlar üçün mövqe hazırlayır ki, bu da qarşılıqlı kompromis imkanlarını da əhatə edəcək.

Avropa İttifaqı ABŞ-ın tariflərinə dərhal reaksiya verməyi planlaşdırmır, çünki onların təsirini qiymətləndirmək üçün vaxt lazımdır.

Bununla belə, Avropa Komissiyasının sədri Ursula von der Leyen əvvəllər Aİ-nin xidmətlər və İT sektorlarında fəaliyyət göstərən Amerika şirkətlərinə qarşı güzgü tarifləri və əks tədbirlər də daxil olmaqla "çoxlu kozır kartlarına" malik olduğunu bildirmişdi