Avropa Birliyi İsrailə qarşı - Fələstinə qarşı sanksiyalar hazırlanır

Qəzzadakı dərinləşən humanitar böhrana Avropa ölkələrinin adekvat cavab verməməsi halında, İsrailə qarşı kollektiv mövqe sərtləşdirilməlidir.

"Bizimxeber" bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib. 

Makron vurğulayıb ki, yaxın günlərdə tədbir görülməlidir, əks halda İsrailə qarşı daha sərt mövqe və hətta sanksiyalar gündəmə gələcək. Onun sözlərinə görə, bu, artıq sadəcə mənəvi borc deyil, həm də siyasi zərurətdir.

Fransa lideri həmçinin bildirib ki, Fələstin dövlətinin tanınması məsələsi konkret şərtlərlə aparılmalıdır. Paris bu prosesi başlatmağa hazırdır, lakin bu tanınma HƏMAS-ın demilitarizasiyası və İsrailin mövcud olmaq hüququnun tanınması ilə paralel şəkildə həyata keçirilməlidir.