"Atəşkəs üçün biz öz maraqlarımızı təmin etməliyik" - Kreml

Rusiya prezidenti Vladimir Putin hələ də Ukraynada atəşkəs ideyasını dəstəkləyir, lakin bu təşəbbüs hələ də bir sıra cavabsız suallar altında qalır. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərə açıqlama verib.

Kreml rəsmisi vurğulayıb ki, atəşkəsə gediləcək yol Kiyevin gələcək militarizasiya planları ilə bağlı qeyri-müəyyənliklərdən keçir. Peskov bildirib ki, Ukrayna rəhbərliyi nəinki bu planlarla bağlı şəffaflıqdan uzaqdır, həm də radikal və millətçi qruplar üzərində nəzarəti belə tam təmin edə bilmir.

“Bunlar hələ də cavabsızdır və bu suallar havada qalır. Atəşkəs üçün biz öz maraqlarımızı təmin etməliyik”, – deyə Kremlin sözçüsü əlavə edib.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp isə danışıqlar prosesindən narazılığını ifadə edib. Mart ayında NBC News-a verdiyi müsahibədə Tramp, Putinə “əzildiyini” və bombardmanların davam etməsindən narahat olduğunu qeyd edib.

“Rusiya ilə danışırıq. Onların dayandırılmasını istəyirik, lakin bombardman davam edir və bundan xoşum gəlmir”, – deyə Tramp bildirib. ABŞ dövlət katibi Marko Rubio da mövzu ilə bağlı sərt açıqlama verərək bildirib ki, Tramp bu dəfə "heç vaxt bitməyən danışıqların" tələsinə düşməyəcək.

“Rusiyanın sülh məsələsində ciddi olub-olmadığını aylarla yox, həftələr içində biləcəyik”, – deyə Rubio bəyan edib.