Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi Zaur Kərimov tutduğu vəzifədən istefa verib. Məlumata görə, o, şəxsi ərizə ilə istefa ərizəsini Agentliyin sədri Qoşqar Təhməzliyə təqdim edib.
İstefadan sonra AQTA sədrinin müvafiq əmri ilə Zaur Kərimov vəzifəsindən azad olunub. Onun yerinə agentliyin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərov təyin edilib. Məlumat AQTA tərəfindən saytımıza təsdiq olunub.
Zaur Kərimovun istefa vermə səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi qurumun əsas və strateji əhəmiyyət daşıyan strukturlarından biri hesab olunur. /manset.az/