/BX LiveBLOG/
Almaniyanın gəmi qəzasında xilasetmə cəmiyyəti Almaniyanın Kühlungsborn şəhərinin şimal-şərqində Baltik dənizində Annika neft tankerində yanğın baş verdiyini bildirib.
Təşkilatın bəyanatına görə , bütün ekipaj üzvləri - 7 nəfər xilas edilib. Fövqəladə hadisə yerində yanğınsöndürmə işləri aparılır.
May ayında Yəmənin Moha şəhəri sahilindən atılan raket hücumu nəticəsində Panama bayrağı altında üzən neft tankerinin göyərtəsində yanğın baş vermişdi .