Annalena Berbok BMT Baş Assambleyasının sərdi seçildi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına yeni sədr təyin olunub. Almaniyanın keçmiş xarici işlər naziri Annalena Baerbock bu vəzifəyə seçilərək beynəlxalq diplomatik arenada daha bir mühüm posta yüksəlib.

Baş Assambleyanın indiki sədri Philemon Young-un verdiyi məlumata görə, səsvermə iyunun 2-də baş tutub. Almaniya diplomatiyasının sabiq rəhbəri Baerbock gizli səsvermə yolu ilə vəzifəyə seçilib. Səsvermə zamanı 167 ölkə onun lehinə səs verib.

Baerbock bu posta yeganə namizəd olsa da, prosedura uyğun olaraq səsvermə gizli şəkildə keçirilib. Diplomatik mənbələr bildirir ki, bu qərarın arxasında Rusiya dayanıb. Moskva Almaniya siyasətçisinin namizədliyinə açıq şəkildə qarşı çıxıb və onu “açıq-aşkar qərəzli olmaqda” ittiham edib.

Qeyd edək ki, Annalena Baerbock Almaniyanın xarici işlər naziri olduğu müddətdə Rusiyanın Ukraynaya qarşı təcavüzünü kəskin şəkildə pisləyib və Kremlə qarşı sərt siyasət yürütməyin tərəfdarı olub. Onun bu mövqeyi dəfələrlə Rusiya hakimiyyətinin qəzəbinə səbəb olmuşdu.

Baerbockun BMT Baş Assambleyasına rəhbərlik edəcəyi yeni dövr, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda, beynəlxalq diplomatiyada maraqla izlənəcək.