Amerikanın BRİKS ölkələrinə qarşı rüsumlardan nə qədər qazanacağı məlum olub

ABŞ-ın BRİKS ölkələrinə (Braziliya, Misir, İran, BƏƏ, Efiopiya, Çin, İndoneziya və Cənubi Afrika) qarşı tətbiq etdiyi yeni gömrük tarifləri beynəlxalq ticarət sistemində ciddi dəyişikliklərə səbəb olub.

ABŞ Gömrük Xidmətinə istinadən verdiyi məlumata görə, bu rüsumlar ABŞ büdcəsinə ildə 278 milyard dollar gəlir gətirə bilər.

Braziliya,
Misir, İran,
BƏƏ, Efiopiya – 10%
Cənubi Afrika – 30%
İndoneziya – 32%
Çin – 54%

Ötən il BRİKS ölkələrindən (Rusiya istisna olmaqla) ABŞ-ın ümumi idxalı 621,9 milyard dollar olub. Yeni rüsumlarla birlikdə Vaşinqton bu ticarətdən böyük qazanc əldə etməyi planlaşdırır. ABŞ ən çox gəliri Çindən, ən azını isə İrandan əldə edəcək.

Prezident Donald Tramp yeni gömrük siyasətini ölkənin iqtisadi müdafiəsi üçün vacib hesab edir. O, ABŞ iqtisadiyyatının idxal tariflərinə uyğunlaşdığını bildirərək, “əməliyyatın başa çatdığına” əmin olduğunu vurğulayıb. Trampın sözlərinə görə, ABŞ iqtisadiyyatı “sağalır” və tezliklə daha da güclənəcək.

Lakin bu addım qlobal iqtisadiyyat üçün çətinliklər yaradır. Bloomberg-in məlumatına görə, Trampın tarif siyasəti dünyanın ən varlı 500 adamının sərvətini ümumilikdə 208 milyard dollar (17,5 trilyon rubl) azaldıb. Bu, COVID-19 pandemiyasının başlanğıcından bəri ən ciddi maliyyə itkisi kimi qiymətləndirilir. /Bizimxeber Lİve BLOG/