Ukraynaya göndəriləcək sülhməramlılar hərbi cavab verə biləcək?

/BX LiveBLOG/

Fransa prezidenti Emmanuel Makron Qərbin Ukraynaya göndərmək istədiyi sülhməramlı qüvvələrin hücum olacağı təqdirdə hərbi cavab vermək səlahiyyətinə malik olacağını bildirib.

Bizimxeber.az xəbər verir ki, Makronun sözlərinə görə, bu qüvvələrin əsas məqsədi Rusiya silahlı qüvvələri ilə birbaşa münaqişəyə girmək deyil. O, bu fikirləri Yelisey Sarayının rəsmi yayımı zamanı səsləndirib.

“Lakin Ukrayna ərazisinə qarşı yeni təcavüz olarsa, bu ordular hücuma məruz qalacaq və bizim iştirakımız çərçivəsində baş komandanın qərarına əsasən reaksiya vermək və cavab vermək üçün orada olacaqlar,” – deyə Makron vurğulayıb. 

Bu açıqlama Qərbin Ukraynaya dəstək verməklə bağlı strategiyasına dair yeni müzakirələrə səbəb olub. /Bizimxeber Live BLOG/