Aİ ABŞ üçün cavab tarifləri hazırlayır - Üç mərhələdə tətbiq olunacaq

Avropa Komissiyası aprelin 16-dan etibarən ABŞ-dan sənaye mallarına 25% həcmində cavab rüsumlarının tətbiqini təklif edib.

"Reuters" xəbər verir ki, idxal rüsumları ABŞ-ın Avropa şərabına 200% rüsum tətbiq etmək hədəsinə cavab olaraq siyahıdan çıxarılan viski istisna olmaqla, geniş çeşiddə mallara şamil olunacaq. 

Təklifə əsasən, tariflər üç mərhələdə tətbiq olunacaq. İlk rüsumlar paketi aprelin 16-da, ikincisi mayın 16-da, üçüncüsü isə dekabrın 1-də qüvvəyə minəcək. 

Viski İtaliya, Fransa və bir sıra digər cənub Aİ ölkələrinə potensial zərərin qarşısını almaq üçün Vaşinqtonun təhdidindən sonra tariflərə tabe olan mallar siyahısından çıxarılıb. 

Daha əvvəl Avropa Ticarət Komissarı Maroş Şefçoviç bildirib ki, ABŞ tarifləri Avropa ixracatının 70% -dən çoxuna təsir edir. Onun sözlərinə görə, Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri təqribən 380 milyard avroluq ticarət dövriyyəsinə şamil edilir, dərəcələr 20-25% və daha yüksəkdir.