Aİ ABŞ texnologiya nəhənglərini cərimələməyə hazırlaşır - Apple” və “Meta”...

Avropa İttifaqı Amerikanın “Apple” və “Meta” şirkətlərini antiinhisar qanunvericiliyinin pozulması ilə əlaqədar cərimələcək.  Ən böyük cərimə, "Meta"ya edilə bilərki, bu rəqəm 1 milyard dollardan çox ola bilər.

Avropa Komissiyasının texnoloji şirkətlərin rəqəmsal bazarlar və rəqəmsal xidmətlərlə bağlı qanunları pozub-pozmadığını araşdırmaq üçün 12 aylıq müddətinin tezliklə başa çatacağı açıqlanıb.

Ümumilikdə, Avropa Komissiyası Alphabet, Apple və Meta ilə bağlı beş araşdırmaya başlayıb. Mart ayında Apple və Alphabet ilə bağlı üç qərar elan edilib, lakin indiyə qədər onlar cərimələrlə nəticələnməyib.

Bundan əvvəl Amerikanın “Apple” şirkətinin texnologiyasının ABŞ-ın tətbiq etdiyi rüsumlar səbəbindən kəskin şəkildə bahalaşa biləcəyi bildirilirdi. İstehsalçı artan istehsal xərcləri ilə üzləşəcək və bu xərclər son istehlakçıya keçə bilər. Apple texnologiyası ABŞ-ın tariflər tətbiq etdiyi Vyetnam, Çin və Hindistanda istehsal olunur.

Bundan əvvəl analitiklər hesab edir ki, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar səbəbindən Amerika korporasiyasının avadanlıqlarının dəyərinin yaxın üç ayda 20% artacağı gözlənilir. Ekspertlər bunu Çindən daxili bazara məhsulların idxalı ilə bağlı olacağını izah edir.