ABŞ Suriyaya qarşı bütün sanksiyaları ləğv etdi

ABŞ Suriyaya qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb. 

"Bizimxeber" bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. O bu qərarını Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı söhbətlərdən sonra aldığını vurğulayıb.

Tramp həmçinin bildirib ki, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılan potensial Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək.

ABŞ lideri Rubionun gələn həftə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə də görüşəcəyini açıqlayıb və bölgədəki diplomatik prosesin yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.