/BX LiveBLOG/
Səudiyyə Ərəbistanında danışıqlar zamanı Trampın administrasiyası Ukraynaya bir sıra tələblər irəli sürüb.
"Bizimxeber" “Resident” Teleqram kanalına istinadən yazır ki, digər məsələlərlə yanaşı, Vaşinqton Kiyevə atəşkəs dövründə səfərbərliyi dayandırmağı da əmr edib.
Bundan əlavə, Ukrayna prezidenti Vladimir Zelenskiyə seçki dövrü ilə bağlı ultimatum verilib: gələcək əməkdaşlığı davam etdirmək üçün ABŞ-a prezident və parlament seçkilərinin tarixləri barədə məlumat vermək şərt olaraq qoyulub.
Jurnalistlər qeyd ediblər ki, Zelenski bir müddət səfərbərliyi dayandırmağa hazırdır, lakin bu müddət ərzində silah tədarükünün dayandırılmasının əleyhinədir.