"The Guardian" xəbər verir ki, ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində yerləşən böyük islah mərkəzində baş vermiş partlayış nəticəsində 11 təhlükəli məhbus həbsxanadan qaçmağa nail olub.
"Bizimxeber" bildirir ki, qaçış divarda yaradılmış dəlik vasitəsilə həyata keçirilib.
Polisin açıqlamasına görə, məhbusların qaçışı yalnız ciddi təhlükəsizlik pozuntuları nəticəsində mümkün olub. Qaçan şəxslər arasında qatillər, narkotik satıcıları, məişət zorakılığına görə məhkum olunmuş şəxslər də var.
Qaçış gecə saatlarında baş versə də, məhbusların yoxluğu yalnız səhər saatlarında aşkar edilib. Hazırda iki nəfər artıq saxlanılıb, doqquz nəfər isə hələ də azadlıqdadır. Polis ictimaiyyəti ehtiyatlı olmağa çağırır və xəbərdarlıq edir ki, bu şəxslər silahlı və aqressivdirlər.
İstintaq zamanı məlum olub ki, məhkumlar kameranın tualet hissəsinin arxasında divarı deşərək keçid yaradıblar. Qaçışdan sonra orada nalayiq ifadələrlə yazılmış bir mesaj da tapılıb.
Qaçanların arasında kimlər var - Derrick Groves – 2018-ci ildə şəhər festivalında iki nəfəri güllələyərək öldürən qatil. Hazırda əsas axtarış hədəfidir. Məlumata görə, onun yerli cinayətkar dəstələrlə əlaqəsi var və ştatdan çıxmağa çalışa bilər. Markus Rivera (24 yaş) – Fransız məhəlləsində mağaza soymağa cəhd edərkən həbs edilmişdi. Artıq saxlanılıb. Trevor Blake – patrulla atışma zamanı yaxalanıb. Polis onu şəhərətrafı ərazidə tutub.
Digər 8 məhbus isə hələ də azadlıqdadır.