Corc Buş administrasiyasının keçmiş rəsmisi Ketrin Ostin Fitts jurnalist Taker Karlsona verdiyi açıqlamada bildirib ki, ABŞ hökuməti 1990-cı illərin sonlarından etibarən ölkənin elit təbəqəsi və hərbi rəhbərlik üçün 170-dən çox yeraltı baza tikmiş ola bilər. Fitts-in sözlərinə görə, bu obyektlər geniş maliyyə resursları hesabına inşa edilib və onlara onlarla trilyon dollar xərclənib.
"Bizimxeber" bildirir ki, o, iddia edir ki, bu bunkerlər müstəqil enerji və nəqliyyat sistemləri ilə təchiz olunub, bəziləri isə okean dibində yerləşir. Gizli obyektlərin bəzilərində guya kosmik proqramlara və digər məxfi təcrübələrə dair işlər də aparılır. Tikinti işlərinin əsas mərhələsi 1998–2015-ci illər arasında həyata keçirilib və bu dövrdə dövlət büdcəsində izlənməsi çətin olan 21 trilyon dollarlıq vəsaitin bu məqsədlə istifadə olunduğu ehtimal olunur. Fitts bu iddialarını sübutlarla əsaslandırmayıb.
Bu cür iddialar konspirasiya nəzəriyyələri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib və ictimaiyyətdə ciddi suallar yaradıb: Əgər belə bunkerlər mövcuddursa, onlar hansı fövqəladə ssenarilər üçün nəzərdə tutulub?
Qeyd edək ki, yeraltı sığınacaq mövzusu digər ölkələrdə də gündəmdədir. Hindistanla Pakistan arasında münasibətlərin gərginləşməsi fonunda, Hindistanın Salotri və Karmarha kəndlərinin sakinləri öz bunkerlərini bərpa edir və ehtiyatlar toplayırlar. Bu sığınacaqlar əvvəllər artan hərbi gərginlik zamanı tikilmişdi.