ABŞ çinli tələbələr üçün vizaları ləğv edir

ABŞ Senatının üzvü Marko Rubio Çindən və Honq Konqdan gələn tələbələrə qarşı ciddi viza məhdudiyyətlərinin tətbiq olunacağını bəyan edib.

"Bizimxeber" bildirir ki, Birləşmiş Ştatlar xüsusilə Çin Kommunist Partiyası ilə əlaqəli və ya strateji cəhətdən həssas sahələrdə təhsil almağı planlaşdıran çinli tələbələr üçün viza ləğvi prosesinə başlayacaq.

Rubio bildirib ki, ABŞ bundan sonra bu ölkələrdən gələn viza müraciətlərini daha ciddi şəkildə yoxlayacaq və viza meyarlarını yenidən nəzərdən keçirəcək.

“Öncə Amerika, Çin yox” – deyə senator əlavə edib.

Bundan əlavə, ABŞ Dövlət Departamenti tələbə vizaları ilə bağlı müsahibə prosedurlarının müvəqqəti dayandırılmasını tövsiyə edib.

Qeyd olunur ki, bu addım viza müraciətçilərinin sosial media fəaliyyətlərinin daha ətraflı araşdırılması ilə əlaqəlidir.