ABŞ Çindən gələn məhsullara 104 faiz tarif tətbiq etdi - İqtisadi savaş...

ABŞ Çindən gələn məhsullara 104 faiz tarif tətbiq etdiyini elan edib. 

Bu barədə "Fox Business"ın jurnalisti Edvard Lourens Ağ Evin nümayəndəsinə istinadən "X" sosial şəbəkəsində bildirib. Qayda artıq qüvvəyə minib və bu Pekinin Amerika idxalına 34% həcmində əvvəllər tətbiq etdiyi güzgü məhdudiyyətlərini ləğv etməkdən imtinasına cavab olaraq atılıb.

Ağ Evin sözçüsü, əlavə 104% tariflərin Çinin cavab tariflərini qaldırmadığı üçün qüvvəyə mindiyini açıqlayıb. 104% əlavə rüsumlar aprelin 9-dan etibarən tutulmağa başlayacaq.

Vaşinqton da bu qərarı ABŞ-a qarşı cavab rüsumlarından istifadə edən ölkələrə qarşı oxşar tədbirlərlə sinxronlaşdırıb. Çin məhsullarına yeni tariflər aprelin 9-da qüvvəyə minir. Lorensin sözlərinə görə, Ağ Ev Pekinin qarşılıqlı addımları olmadığı halda belə hərəkətlər barədə xəbərdarlıq edib.