ABŞ Cənubi Koreyadakı hərbi mövcudluğun azaltmayacaq - Pentaqon

ABŞ Müdafiə Nazirliyi Cənubi Koreyadakı hərbi mövcudluğun azaldılması barədə yayılan məlumatların əsassız olduğunu bəyan edib.

"Bizimxeber" bildirir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Şon Parnel bu barədə “X” sosial şəbəkəsində açıqlama verərək, Wall Street Journal-da dərc olunmuş məlumatı rədd edib.

Parnel qeyd edib ki, Pentaqon dünyanın müxtəlif bölgələrindəki qüvvələrinin yerləşdirilməsini daim qiymətləndirsə də, bu, yaxın vaxtlarda hər hansı ciddi dəyişikliklərin ediləcəyi anlamına gəlmir. 

O vurğulayıb ki, ABŞ-Cənubi Koreya ittifaqı sarsılmaz olaraq qalır. Qoşunların sayının azaldılması ilə bağlı heç bir qərar qəbul edilməyib.

Qeyd edək ki, Wall Street Journal-ın yazdığına görə, təxminən 4500 əsgərin Quam adası da daxil olmaqla Hind-Sakit okean regionunun müxtəlif nöqtələrinə köçürülməsi planı hazırlanır. Nəşr bu addımı ABŞ-ın daha geniş miqyaslı müdafiə strategiyasının tərkib hissəsi kimi təqdim edib. 

Hazırda ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingenti təxminən 28,500 nəfərdən ibarətdir.