ABŞ B61-13 nüvə bombasının istehsalına başlayır

ABŞ dünyada nüvə silahlanmasının yenidən diqqət mərkəzinə çevrildiyi bir vaxtda B61 nüvə bombasının ən güclü versiyası olan B61-13-ün tam miqyaslı istehsalına hazırlaşır.

"Bizimxeber" bildirir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) rəsmi məlumat yayıb.

Yeni model olan B61-13, 360 kiloton məhsuldarlığa malikdir. Bu, onu ABŞ-ın hazırda arsenalında olan ən güclü nüvə döyüş başlıqlarından biri edir. Müqayisə üçün qeyd edək ki, 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə atılan atom bombası təxminən 15 kiloton gücündə olubsa, B61-13 isə bundan təxminən 24 dəfə güclüdür.

B61-13 əsasən strateji bombardmançı təyyarələr üçün nəzərdə tutulub. Bu, ABŞ-ın hava qüvvələrinin nüvə imkanlarını daha da gücləndirmək məqsədi daşıyır.