/BX LiveBLOG/
İstanbul Bələdiyyə Şurası şəhərin bələdiyyə sədrinin səlahiyyətlərini icra edənin seçilməsi üçün səsvermə başa çatıb.
"Bizimxeber" bildirir ki, seçimlərdə səs çoxluğu ilə CHP-nin nümizədi Nuri Aslan İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin müavini seçilib. Yəni, İmmoğlunun işini Nuri Aslan davam etdirəcək.
CHP-nin namizədi Nuri Aslan İstanbul Böyükşəhər Bələdiyyə Məclisində 177 səs toplayaraq bələdiyyə sədrinin müavini seçilib.
Qeyd edək ki, bu post uğrunda AKP-dən Zeynel Abidin Okul da mübarizə aparırdı. /Bizimxeber -Live BLOG/