432 robot metroya yol açmaq üçün 7500 tonluq binanı “köçürdü”

Şanxayda unikal mühəndislik təcrübəsi baş verib . 432 robot yeni metro xəttinə yol açmaq üçün 7500 ton ağırlığında bütöv bir rayonu sinxron şəkildə “köçürdü”.

Bu barədə “China Daily” məlumat yayıb. 

İki həftə ərzində xüsusi avtonom platformalar hər gün 10 sinxronlaşdırılmış “addım” ataraq binanı sökmədən hərəkətə keçiriblər. İş başa çatdıqdan sonra obyekt tam dəqiqliklə ilkin yerinə qaytarıldı.

Mühəndislərin fikrincə, texnologiya tarixi strukturun dağılmasının qarşısını almağa və infrastruktur layihəsinin rəvan həyata keçirilməsini təmin etməyə imkan verib. 
Bu, Çin tarixində ən böyük bina köçürmə əməliyyatlarından biridir və müasir robot texnikasının artan imkanlarını nümayiş etdirir.