Şimali Koreya Rusiyaya daha 3 min əsgər göndərib – Sayları 11 min oldu

/BX LiveBLOG/

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən Yonhap xəbər agentliyi bildirib ki, Şimali Koreya 2025-ci ildə Rusiyaya 3 min əsgər göndərib. Bu, Pxenyan və Moskva arasında hərbi əməkdaşlığın gücləndiyini göstərən yeni bir addım kimi qiymətləndirilir.

"Bizimxeber" yazır ki, Yonhap-ın məlumatına görə, Şimali Koreya indiyə qədər Rusiyaya ümumilikdə 11 min hərbçi göndərib və sonuncu hərbi kontingent yanvar və fevral aylarında Rusiya Federasiyasına daxil olub. Lakin Rusiya Müdafiə Nazirliyi bu məlumatı rəsmi olaraq şərh etməyib.

Yonhap yazır ki, Moskva bunun müqabilində Pxenyana qabaqcıl hərbi texnologiyalar ötürmək niyyətindədir. Lakin hansı texnologiyaların ötürüləcəyi və bunun nə dərəcədə genişmiqyaslı olacağı ilə bağlı əlavə məlumat yoxdur.